8 iyun 2010 18:23
Lig TV bu il nə göstərəcək? Və neçəyə?
Türkiyə Superliqasının rəsmi yayım quruluşu olan Lig TV yeni mövsümdə futbol həvəskarlarını sürprizlərlə qarşılayacaq
İlk sürpriz ondan ibarətdir ki, 2010/2011-ci illər mövsümünün BÜTÜN oyunları canlı nümayiş olunacaq. Yəni azarkeşlər hər həftə canlı olaraq 9 matç izləyə biləcəklər.
azerisport.az xəbər verir ki, Türkiyədə Lig TV-nin yayımladığı bütün verilişlərə və futbol matçlarına baxmaq istəyənlər hər ay 43,99 lirə (22 manat) ödəməli olacaqlar.
Xatırladaq ki, Bakıda KATV1 kabel televiziyası LİG TV-ni rəsmən yayımlamaq hüququna malikdir və bu kanala baxmaq istəyənlər sözügedən operatorun rəqəmsal yayımında ayda cəmi 8 manat ödəməlidirlər.
