9 iyun 2010 21:30

Berti FOQTS: Bu cür səhvlər buraxmaq olmaz

Azerisport.az Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsini təqdim edir.
 
Yoxlama oyunlarının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Hər üç rəqibimiz FİFA-nın reytinq cədvəlində bizdən yüksəkdə qərarlaşıb. Fikrimcə, bu oyunlarda gənc komandamız pis nəticə göstərməyib. Yoxlama oyunlarında nəticə deyil, şans verdiyim futbolçuların özlərini necə göstərməsi vacibdir. Biz gücümüzə bələdik və hansı səviyyəyə malik olduğumuzu, nə istədiyimizi bilirik və işimizi davam etdiririk. Bu komandada irəliləyişin olacağına inanıram.
 
Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan necə, razı qaldınızmı?
Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan razı qaldım. Bizim getməli olduğumuz yeganə yol budur. Ancaq bu yolla irəliləyə, futbolu inkişaf etdirə bilərik. Üç oyunu nəzərə alsaq, şans verdiyim yeni futbolçulardan razı qaldım. Ancaq onlar çox çalışmalıdırlar. Klublarında bu futbolçulara şəraitin yaradılacağına inanıram. Onlar burada öyrəndiklərini inkişaf etdirsələr, gələcəkdə bu futbolçuların oyunundan həzz alacağıq.
 
Futbolçular verdiyiniz tapşırıqları oyunlar zamanı yerinə yetirə bildilərmi?
Təbii ki, onlardan razı qaldım. Verdiyim tapşırıqları yerinə yetirdilər. Oyunlar zamanı qol epizodları yarada bildik. Əlbəttə, 3 gündən bir oyun keçirdiyimizə görə, çox məşq keçməyə vaxt qalmır. Çünki oyunçuların dincəlməsinə də vaxt ayrımaq lazımdır. Unutmayaq ki, bizim əsas futbolçularımızdan olan Vaqif Cavadov hər 3 oyunda bizə kömək edə bilmədi. O, zədəlidir və tam sağalmayıb. Fərid Quliyev isə ikinci oyunda zədələndi və son matçda meydana çıxa bilmədi. Buna baxmayaraq, qol epizodları yarada bildik. Sadəcə, bu imkanlardan daha çox istifadə etmək üzərində çox işləməliyik.
 
Oyundan sonra futbolçular buraxdıqları səhvləri etiraf etdilərmi?
Futbolçular heç vaxt öz səhvlərini boyunlarına almırlar. Sözsüz, biz vaxt tapıb videotəhlillər aparacağıq və səhvləri oyunçulara göstərəcəyik. Eyni zamanda, buraxılan səhvlərin üzərində növbəti toplanış zamanı işləyəcəyik. Çünki seçmə oyunlarda bu cür səhvlər buraxmaq olmaz. Ümid edirəm ki, verdiyim plan Peşəkar Futbol Liqasının təqvimi ilə uyğun gələcək və biz planlaşdırdığımız təlim-məşq toplanışlarını keçirə biləcəyik.
 
Necə düşünürsünüz, seçmə mərhələnin oyunları üçün formalaşmış komandamızın olduğunu söyləmək mümkündürmü?
Bəli, komandamız artıq fomalaşıb və biz sabah Almaniya yığmasına qarşı oynaya bilərik. Yeri gəlmişkən, millinin üzvləri rəqibimizin oyununu stadiondan canlı izlədilər. Onlar azarkeşlərin yığma futbolçularını necə salamlamalarının və dəstəkləmələrinin şahidi oldular.
 
Növbəti toplanışa qədər millinin üzvlərinə hansısa tapşırıqlar vermisinizmi?
Bəzi futbolçulara bildirmişəm ki, sürət baxımından üzərlərində işləməlidirlər. İnanıram ki, klub məşqçiləri də bu işdə onlara kömək edəcəklər. Bəzi klub məşqçiləri var ki, milli komandaya kömək edirlər. Fürsətdən istifadə edib «Xəzər-Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadova təşəkkürümü bildirmək istəyirəm. O, məsləhətləri ilə bizə çox kömək edir, dəstək olur.
 
Təşkilati işlər necə, sizi qane etdimi?
Toplanışdan əvvəl Avstriyaya gələrək qalacağımız otelə, eləcə də məşq və oyun keçirəcəyimiz stadionlara baxmışdım. Yəni şəraitlə tanış idim. Təşkilatçılıq yüksək səviyyədə idi. Məni narazı salan yeganə məqam hava şəraiti ilə bağlı oldu. Buna baxmayaraq, hazırlıqdan razı qaldım.
 
affa.az

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.