9 iyun 2010 21:48
Neftçi-də makedoniyalı futbolçu (FOTO)
Neftçi" PFK mövsümlərarası fasilədə ilk transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, Makedoniya milli komandasının üzvü Slavko Georgievski flaqmanın heyətinə cəlb olunub. Georgievski 1980-ci il martın 30-da Makedoniyada doğulub.
187 sm boya malik futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Slavkonun inamlı və etibarlı oyunu Makedoniya yığmasının məşqçi korpusunun da diqqətini cəlb edib və o, 2003-cü ildə əsas milli komandaya çağırılıb. Klubun saitnın məlumatəna görə, Georgievski indiyədək Makedoniya milli komandasının heyətində 19 matç keçirib. Georgievskinin klub karyerası: "Vardar", "Makedoniya", "Sloqa", "Sementarniça 55" (hamısı - Makedoniya), ÇFR(Rumıniya), "Vihren", "Slaviya" (hər ikisi - Bolqarıstan), "Çyanq" (Çin), "Ulsan" (Cənubi Koreya) və "Etnikos" (Kipr).
