9 iyun 2010 10:28
«Qalatasaray»da yeni qapıçı
Ötən mövsüm qapıçı Leo Frankodan istədiyini ala bilməyən Turkiyənin «Qalatasaray» futbol klubu qapısını kimə etibar edəcəyini müəyyənləşdirib.
azerisport.az xəbər verir ki, istanbullular «Roma»nın braziliyalı qapıçısı Doni ilə razılaşmaq üzrədir. Yeganə problem odur ki, Portuqaliyanın «Benfika» klubunu da Donini öz sıralarında görmək istəyir.
