10 iyun 2010 16:55

Slavko GEORGİEVSKİ: Neftçiyə çempion olmağa gəlmişəm

Azerisport.az «Neftçi»nin yeni transferi Slavko Georgievskinin müsahibəsini təqdim edir.
 
Artıq "Neftçi" klubu ilə rəsmi müqavilə bağlamısınız. Təəssüratlarınız necədir?
Çox şadam ki, "Neftçi" rəhbərliyi ilə danışıqlar uğurla nəticələndi. Danışıqlar prosesində bir-birimizi çox yaxşı anladıq. Əlbəttə, "Neftçi" ilə anlaşdığıma görə sevinirəm. Buna görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Azərbaycanın ən köklü klubunda oynamaq mənim üçün şərəfdir.
 
"Neftçi"nin bazasına baş çəkdin, şəraitlə tanış oldun. Bu barədə nə deyə bilərsən?
Bəli, bazada oldum, məşq meydançaları ilə tanış oldum. Hər bir klub öz qarşısına məqsədlər qoyur. Etiraf edim ki, mənim prinsiplərimlə "Neftçi"nin məqsədləri üst-üstə düşür. Bu, gələcəkdə uğurlu nəticə qazanmağa stimul verir.
 
Bura gəlməmişdən öncə "Neftçi" haqqında eşitmişdin?
"Neftçi" haqqında çox eşitmişdim. Bilirəm ki, "Neftçi" Azəbaycanın ən köklü, ən böyük tarixə malik klubudur. SSRİ çempionatının güclülər dəstəsində Azərbaycanı təmsil etməsindən xəbərim var.
 
Bu gün mətbuatda sənin totalizator oyunlarında iştirak etməyin, futbol matçlarına pul qoyuluşu etdiyin barədə məqalə dərc edilib. Bunu vaxtilə səninlə birgə Kiprin "Etnikos" klubunda forma geyinən gürcü futbolçu Levan Kebadzeyə istinadən yazıblar. Doğrudanmı, totalizator oyunlarına qatılırsan?
(gülür) Həqiqətən də bu, gülməli xəbərdir. Bilirsiniz, kiməsə şər atmaq, yalan məlumat yaymaq çox asandır. Levan Kebadze ilə heç yaxın münasibətlərim olmayıb. O, məni yaxından tanımadığı halda, belə sözləri necə danışa bilər? Mənə təəccüblüdür, qəzetlər bu xəbəri yazanda nəyə əsaslanırlar? Qoy, mənim üçün yalan detektoru hazırlasınlar. Həmin detektorda oturub, belə işlərlə məşğul olmadığımı danışmağa hazıram. Yalan danışsam, detektorda qırmızı işıq yanacaq və mənim yalançı olduğum üzə çıxacaq. Bir daha deyirəm ki, bunlar cəfəngiyyatdır. Totalizator oyunlarında iştirak etmədiyimi "Neftçi" rəhbərliyi və azarkeşlərinə sübut edə bilərəm. Qalanları nə danışırlarsa, danışsanlar.
 
Flaqmanda 6 nömrəli formada çıxış edəcəksən. Məhz bu nömrəni götürməyinin xüsusi səbəbi var?
Bu, mənim sevimli nömrəmdir. Həm Makedoniya yığmasına, həm Çin, həm də Koreya klubunda 6 nömrəli futbolkadan istifadə etmişəm. Xüsusi səbəbə gəlincə, atam da, qardaşım da futbolçu olanda, bu nömrə altında çıxış edib.
 
Gələcək mövsümün "Neftçi" üçün necə keçəcəyini düşünürsən?
Bura çempion olmaq üçün gəlmişəm. İndiyədək yalnız bir dəfə Skopye "Vardar"ında çempion olmuşam. Eyni sevinci ikinci dəfə "Neftçi"də yaşamaq istəyirəm. Komandaya yeni futbolçular cəlb olunacaq, daima əsas heyətdə yer almaqdan ötrü məni qarşıda ciddi və sağlam rəqabətin gözlədiyini bilirəm.
 
Mayın 29-da Avstriyada Makedoniya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı forma geyinmisən. 3:1 hesabı ilə qalib gəldiyiniz həmin yoldaşlıq görüşünü necə xatırlayrısan?
Yaxşı oyun alındı. Azərbaycan yığması texnikalı oyun nümayiş etdirdi. Bu qarşılaşmada əsas məqsəd müxtəlif taktiki sxemləri nəzərdən keçirmək idi. İstər Makedoniya, istərsə də Azərbaycan yığmasının məşqçi korpusu razı qaldılar.
 
Bakı şəhəri ilə tanış olmağa vaxt tapa bildin?
Hə, şəhərdə gəzdim, görməli yerlərində oldum. Bakı çox xoşuma gəldi. Dərhal həyat yoldaşıma SMS yazdım ki, mən dünyanın ən gözəl şəhərlərindən birindəyəm. İstəyirsinizsə, həmin SMS-i göstərə bilərəm.
 
 "Neftçi" klubunun saitı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.