10 iyun 2010 12:34
Toplanış Türkiyədə davam etdiriləcək
Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsi xəbər verir ki, Ağdamın "Qarabağ" klubu yay təlim-məşq toplanışının Bakı mərhələsinə yekun vurdu. Bu gün səhər saatlarına tam heyətlə Türkiyənin paytaxtı Ankaraya yola düşən komandaQızılcahamam bölgəsinin eyniadlı mehmanxanasında məskunlaşacaq.
azerisport.az saytına məlum olduğuna görə, "Qarabağ"ın yeni transferi Samir Abasova isə 3 günlük istirahət verilib. O, komandaya iyunun 14-də qoşulacaq.
