10 iyun 2010 12:37
Bu gün rəqib Moldovadır
Moldovada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirəcək.
azerisport.az AFFA-nın rəsmi saytına istinadla bildirir ki, yığmamız Bakı vaxtı ilə saat 20:00-da, Kişinyovdakı «Zimbru» stadionunda moldovalı həmyaşıdları ilə qarşılaşacaq.
