11 iyun 2010 13:41
«Fenerbahçe» gözünü Skolariyə dikib
İstanbulun «Fenerbahçe» futbol klubu baş məşqçi axtarışlarını davam etdirir.
azerisport.az saytına daxil olan məlumata əsasən, braziliyalı mütəxəssis Felipe Skolariyə bununla bağlı təklif ünvanlanıb. «Fener» məşqçiyə illik 5 milyon avro əmək haqqı verməyə hazır olduğunu bildirib. Deyilənə görə, Skolari turklərin təklifinə maraqla yanaşıb.
