11 iyun 2010 00:00
Bakı-nı Vinfried Şafer çalışdıracaq
«Bakı» Futbol Klubunun yeni baş məşqçisinin adı məlum oldu. Azerisport.az xəbər verir ki, romandanı almaniyalı mütəxəssis Vinfried Şafer çalışdıracaq. Bu gün klub prezidenti Hafiz Məmmədovla görüşdükdən sonra Şafer iki illik müqaviləyə imza atıb.
Klubun saytına görə, Vinfried Şafer 1950-ci il yanvarın 10-da Almaniyanın Mayen şəhərində anadan olub. Karyerası boyu müdafiəçi kimi çıxış edən Şafer 1982-ci ildə məşqçiliyə başlayıb. Məşçilik karyerasının ilk 3 ilində Münhenqladbax “Borusiya”sının əvəzedici heyətinə rəhbərlik edib. 1985-ci ildə “Borusiya”nın əsas komandasında skaut kimi çalışıb. 1986-cı ildən 1998-ci ilədək “Karlsrue”ni çalışdırıb. 1998-ci ildə “Ştutqart”, 1999-2000-ci illərdə isə “Tennis Borusiya Berlin” klublarında fəaliyyət göstərib.
2001-ci ildə Kamerun millisinə baş məşqçi təyin olunan Şafer 3 il burada işlədikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub. 2005-2007-ci illərdə “Əl-Əhli”, 2007-2009-cu illərdə isə “Əl-Əin” klublarını çalışdırıb. 2010-cu il iyunun 10-da “Bakı” Futbol Klubu ilə iki illik müqavilə imzalayıb.
Şafer 2002-ci ildə Kamerun millisi ilə Afrika Millətlər Kubokunu, 2003-cьildə FİFA Konfederasiya Kubokunun gümüş mükafatını qazanıb. 2006-ci ildə BƏƏ зempionu, 2008/2009-mövsümündə BƏƏ superkuboku və prezident kubokunu, 2009/2010 mövsümündə isə superkubokunu qazanıb. 1996-cı ildə Almaniyanın, 2004-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib.
