11 iyun 2010 00:09

Vinfried Şafer: Bakının baza şəraiti Almaniyada yalnız Bavariya-da var

Vinfried Şafer bu gün «Bakı» Futbol Klubunun baş məşqçisi təyin olundu. Azerisport.az xəbər verir ki, аlmaniyalı mütəxəssis iki illik müqaviləyə imza atdıqdan dərhal sonra ilk açıqlamasını klubun saytına verdi: «Mənim üçün əsas klubun hədəfləridir. Klubun prezidenti Hafiz Məmmədovla görüşüb, ətraflı söhbət etdik. O mənə bildirdi ki, əsas məqsədi “Bakı” klubunun Avropada uğur qazanmasıdır. Mən də Hafiz bəylə razılaşdım».
 
Vinfried Şafer ölkəmiz və klubumuz haqda təəssüratlarını belə bölüşdü: «Burada gördüklərim çox xoşuma gəldi. Tam səmimi deyirəm ki, “Bakı”nın bazasını görəndə şoka düşdüm. Azərbaycanda bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim. Almaniyada belə şəraitə, təlim-məşq bazasına yalnız “Bavariya” malikdir. Digər klubların şəraiti isə “Bakı”dan aşağıdır. Həqiqən də komandanın super şəraiti var. Bura gələn futbolçular da hara gəldiklərini bilməlidirlər. Çünki “Bakı” klubu hər sahədə peşəkardır. Klubun rəhbərliyi peşəkar insanlardan qurulub».
 
Sonda almaniyalı mütəxəssis komandasının hazırlığı barədə danışdı: «Hazırdaişə dördəllə sarılmalıyıq. Çünki vaxtımız çox azdır. Ayın 15-i komanda Bakıda hazırlığa başlayacaq. Çox ciddi şəkildə çalışmalıyıq. İyulun 15-də Avroliqada ilk oyunumuza çıxacağıq. Avropada uğur qazanmaq heç də asan olmayacaq. Amma biz işimizə ciddi yanaşıb, istəyimizə çatacağıq. Biz Avropada uğur qazanmalıyıq».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.