11 iyun 2010 12:09
Vaqif Cavadov «Tvente»ni tərk edəcəkmi?
Hollandiyanın «Tvente» futbol klubunun prezidenti Yop Münsterman bildirib ki, onun komandasına zədəli legionerlər lazım deyil.
azerisport.az xəbər verir ki, klub artıq iraqlı yarımmüdafiəçi Neşat Əkrəmi sıralarından xaric edib.
Xatırladaq ki, Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov da «Tvente»nin oyunçusu olsa da, zədəsi üzündən komandanın əsas heyətində bir oyun belə keçirə bilməyib.
