11 iyun 2010 00:16

Hafiz Məmmədov: Şaferin Bakı-ya uğur qazandıracağına inanıram

«Bakı» Futbol Klubunun prezidenti Hafiz Məmmədov bu gün komandasının yeni baş məşqçisinin adını açıqladı. Azerisport.az xəbər verir ki, qarşıdakı ikiildə klubunbaş məşqçi postunu Vinfried Şaferə həvalə edən Hafiz bəy bunun səbəbini klub saytına verdiyi açıqlamada belə izah etdi: «Bakı» klubunun baş məşqçisi postuna bir çox namizədlər var idi. Son bir neçə gündə isə iki mütəxəssis arasında seçim etməli olduq və mən cənab Şaferə üstünlük verdim. Bu seçimin səbəbi odur ki, Şafer çox tanınmış məşqçidi. 1996-cı ildə Almaniyanın, daha sonra Afrikanın ən yaxşı məşqçisi seçilib. Eyni zamanda BƏƏ-də uğur qazanıb. 60 yaşı var, təcrübəlidir. İnanıram ki, Şafer klubumuza da uğur qazandıracaq. Hamı onun təcrübəsindən yeni bir şey öyrənəcək».
 
Hafiz bəy “Bakı” Futbol Klubunun yeni mövsüm üçün transfer siyasəti barədə bunları dedi: «Təbii ki, heyətimizi gücləndirmək fikrindəyik. “Bakı” klubu hər zaman iddialı olub, qarşıdakı mövsüm də istisna təşkil etməyəcək. Yeni mövsümdə həm çempionluq, həm də ölkə kuboku uğrunda yarışacağıq. Bununla belə, cari mövsümdə əsas məqsədimiz avroliqada uğurlu çıxış etməkdir. Bunun üçün də mütləq yeni oyunçular transfer edəcəyik. Ötən mövsüm Jaba kimi səviyyəli oyunçunu heyətimizə qatdıq. Bu mövsümdə də eyni səviyyəli 3-4 futbolçunun transferi barədə düşünürük. Namizdələr var, amma indidən ad açıqlamaq istəmirəm. Tezliklə hər şeyi görəcəksiniz. Transfer çalışmaları barədə yeni baş məşqçimizlə də söhbətimiz oldu. O da bildirdi ki, heyətə qatmaq istədiyi bəzi oyunçular var. Hansılar ki, səviyyələri ilə seçilirlər. Bütün məqsədimiz “Bakı” Futbol Klubunun avropada uğur qazanmasıdır. Avropada Azərbaycan futbolunun adını yüksəltməliyik».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.