11 iyun 2010 12:46
Krasiç «Yuventus»a keçəsi olmadı
Moskvanın CSKA futbol klubunun ulduzu, serbiyalı Miloş Krasiçin «Yuventus»a keçidi ilə bağlı danışıqlar baş tutmayıb.
azerisport.az xəbər verir ki, əvvəlcədən bu keçidə görə italiyalıların 15 milyon avro ödəməli olduqları bildirilsə də, rusiyalılar sonradan qiyməti qaldıraraq turinlilərdən 18 milyon avro tələb ediblər. Bu təklif «Yuventus»u qane etməyib və klubun təmsilçiləri Rusiya paytaxtını tərk ediblər.
Deyilənə görə, sövdələşmənin alınmamasına elə həmin İtaliyanın «İnter» klubu səbəb olub. Belə ki, milanlılar Krasiçin agentinə oyunçu üçün daha böyük məbləğ ödəyə bildiklərini çatdırıblar.
«Yuventus»un nümayəndələri bu məsələ ilə bağlı bir daha Moskvaya gəlməyəcəklərini bildiriblər, lakin əgər CSKA özü təşəbbüslə çıxış edərsə, həmin məsələnin müzakirəsinə qayıda bilərlər.
