11 iyun 2010 12:54
Karlton Koul sevgilisinə görə Vətənini tərk edib (FOTO)
Qolf idman növünün əfsanəsi Tayger Vudsla qalmaqallı seksual əlaqəsindən sonra pornoulduz Coslin Ceyms diqqətini futbola yönəldib.
azerisport.az bildirir ki, gözəlçənin yeni seçimi «Vest Hem» futbol klubunun oyunçusu, ingilis Karlton Kouldur.
Onlar ilk dəfə may ayında görüşüblər və paparassilərin dediklərinə inansaq, ehtiras ildırım sürəti ilə yaranıb. Belə ki, may ayında İngiltərə çempionatı başa çatan kimi futbolçu yığışaraq sevgilisinin yaşadığı Los-Angeles şəhərinə yollanıb.
Los-Ancelesdə isə, həmin mənbənin məlumatına görə, cütlük bir neçə gün dalbadal evdən çıxmayıb.
