12 iyun 2010 11:05
«Neftçi» Avstriyada «Beşiktaş»la qarşılaşacaq
Azərbaycanın «Neftçi» futbol klubu İstanbulun «Beşiktaş» klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.
azerisport.az yerli klubun rəsmi internet saytına istinadla bildirir ki, oyun iyulun 3-də Avstriyanın Bişofşofen şəhərində baş tutacaq. Həmin ərəfədəiki klubun prezidentləri – Sadıx Sadıxovla Yıldırım Demirören arasında klubların qardaşlaşması barədə müqavilə imzalanacaq.
