14 iyun 2010 13:07
Araz Abdullayev Avstraliyaya yollanır
Bu həftə Azərbaycanın «Neftçi» futbol klubunun gənc yarımmüdafiəçisi Araz Abdullayev tibbi müayinədən keçmək məqsədilə İngiltərəyə yollanmalıdır.
azerisport.az bildirir ki, bu həftə futbolçunun İngiltərənin «Everton» klubuna keçməsi üçün viza məsələsi həll olunmalıdır. Əgər tibbi müayinədə problem yaranmazsa, Araz Britaniyadan birbaşa Avstraliyaya yollanacaq və orada təlim-məşq toplanışında olan «Everton»a qoşulacaq.
