14 iyun 2010 16:33
Vidadi Rzayev «Gəncə»yə keçir
Azərbaycanın milli futbol komandasının keçmiş oyunçusu Vidadi Rzayevin karyerasını harada davam etdirəcəyi təxminən məlumdur.
azerisport.az xəbər verir ki, Rzayevin növbəti mövsümü «Gəncə»də keçirməsi istisna edilmir. Güman edildiyinə görə, Vidadi Rzayev gəncəlilərin baş məşqçisi Fuad İsmayılovun köməkçisi vəzifəsini yerinə yetirəcək.
Xatırladaq ki, gənc məşqçinin son iş yeri «Qəbələ» futbol klubu idi.
