14 iyun 2010 11:48
«Qarabağ» hazırlıqlarını davam etdirir
Türkiyədə yay təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu gündə iki dəfə olmaqla hazırlığını davam etdirir. PFL-in rəsmi saytının məlumatına əsasən, səhər məşqini trenajor zalında keçən "Qarabağ"ın ikinci hazırlığı stadionda baş tutub.
azerisport.az xəbər verir ki, klubun yeni transferi Samir Abasov bugün komandaya qoşulacaq. Bir müddət zədəli olan Rəşad Sadiqov və Əfran İsmayılov isə həkim nəzarəti altında məşqlərə başlayıblar. Qeyd edək ki, "Qarabağ" hazırlıq çərçivəsində ilk yoxlama oyununu iyunun 17-də keçirməyi planlaşdırır.
