15 iyun 2010 13:01

Bəxtiyar SOLTANOV: «Yığmaya çağırılmamağımın səbəbini başa düşmürəm»

«Bakı» futbol klubunun hücumçusu Bəxtiyar Soltanov azerisport.az saytına verdiyi müsahibədə komandasının Avropa Liqasındakı perspektivlərindən, Vinfrid Şeferin təyinatından və Uruqvay komandasına azarkeşliyinin səbəblərindən danışır.
 
«Bakı» Avropa Liqasına hazırlaşır. Komanda bu yarışda nəyə ümid bəsləyə bilər?
«Bakı» ən azı iki mərhələ keçməli, başqa sözlə, ötənilkindən yaxşı nəticə göstərməlidir. Avropa Liqasının qrup mərhələsinə düşmək yaxşı olardı. Komandanın heyətinin əsas hissəsi qorunub saxlanıb, buna görə də, fikirləşirəm ki, qrup mərhələsinə çıxa biləcək gücdəyik. Çox şey püşkatmanın nəticələrindən asılı olacaq.
 
Bu günlərdə komanda yeni məşqçisi ilə tanış olub. Vinfrid Şefer haqqında nə deyə bilərsiniz?
Onunla serbiyalı Bandoviç arasında seçim barədə söhbət gedəndə gizlətmirdim ki, alman mütəxəssisin işə cəlb edilməsinin tərəfdarıyam. Əlbəttə, məşqçinin seçimi mənim işim deyil, sadəcə olaraq, Şeferin malik olduğu təcrübə məni daha çox cəlb edirdi.
 
Qorxmursunuz ki, Şeferin gəlişi ilə əsas heyətdəki yerinizi geri qaytara bilməyəcəksiniz?
Ötən mövsüm tez-tez ehtiyatda qalırdım. Bülent Korkmaz mənə etibar edirdi, Cüneyt Biçer isə ehtiyatda saxlayırdı. Mən oyun təcrübəsini itirmişəm. Lakin Şeferə özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.
 
Eyni zamanda, yığma komandada yerinizi itirmisiniz.
Berti Foqts məni Avstriyadakı təlim-məşq toplanışına dəvət etmədi. Bu, onun seçimidir. O ki qaldı gənclərdən ibarət komandaya, bu, mənə doğrudan da aydın deyil. Daha dəqiq desəm, məşqçi Əfqan Talıbovla əlaqə saxlamışam və o, mənə deyib ki, Bernhard Lippertin fikrincə, mən bacardığımın hamısını nümayiş etdirə bilmirəm, məndən daha yaxşı oyun gözləyir.
 
Bu, xətrinizə dəymir ki?
Necə deyim? Bir müddət öncə Lippert deyirdi ki, yığmaya qapıçı Osman Umarovu dəvət etməyəcək, amma bunun əksi oldu.
 
«Bakı»da isə Sizin mövqeyinizi Vyaçeslav Sofroni tutub.
Bəli, o, qol vururdu və onu əsas heyətə daxil edirdilər. Sonra Sofroni zədə aldı, mən yenidən meydanda görünməyə başladım. Lakin oynamayanda da fərdi məşqlər edirdim, formanı itirməməyə çalışırdım.
 
Dünya çempionatında kimə azarkeşlik edirsiniz?
Uruqvaya. Orada Forlan oynayır. Çox istərdim ki, Mundialda o, hər şeyə nail ola bilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.