15 iyun 2010 09:54
Püşkatmaya 6 gün qalır
Növbəti həftənin bazar ertəsi günü futbol klublarımız Avropanın klub turnirlərinin təsnifat mərhələlərindəki rəqiblərinin adlarını biləcəklər.
Xatırladaq ki, bu il ölkəmizi Çempionlar Liqasında «İnter», Avroliqada isə «Bakı», «Xəzər Lənkəran» və «Qarabağ» təmsil edəcəklər.
Ən tez yarışlara «Xəzər Lənkəran» və «Qarabağ» komandaları qoşulacaqlar. Onlar Avroliqanın birinci təsnifat mərhələsini keçməyə çalışacaqlar. Daha sonra isə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində «İnter» imtahan verəcək. Klublarımız arasında mübarizəyə ən gec qoşulanı isə «Bakı» olmalıdır. Paytaxt təmsilçisi Avroliqanın ikinci təsnifat mərhələsində qüvvəsini sınayacaq.
