15 iyun 2010 12:37
«Qarabağ» püşkatmanın nəticəsini gözləyir
Türkiyədə təlim-məşq toplanışında olan «Qarabağ» futbol klubu Bakıya qayıdacağı tarixi müəyyənləşdirib.
azerisport.az klubun rəsmi saytına istinadla bildirir ki, ağdamlılar Avroliqanın püşkünün nəticəsini gözləyirlər. Əgər ilk oyun Azərbaycanda keçirilməli olsa, klub iyunun 26-da Vətənə dönəcək. Bu vaxta kimi Qurban Qurbanovun komandası 3 yoldaşlıq oyunu keçirməlidir.
