16 iyun 2010 13:41
«Neftçi» yeni müqavilələr imzalayıb
«Neftçi» PFK-nın mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, klubun yeni mövsüm üçün məşqçi təyinatları artıq məlumdur.
Baş məşqçi Arif Əsədovla rəsmi müqavilə imzalayan «Neftçi» klubunda Elmir Xankişiyev və Bəxtiyar Musayev baş məşqçinin köməkçiləri vəzifəsinə təyin olunublar. Nazim Əliyev isə "Neftçi" PFK-nın Uşaq və Gənclər Məktəbində baş məşqçi vəzifəsində çalışacaq.
