16 iyun 2010 20:03

Denis Silva: Neftçi-yə görə Braziliyanı tərk etdim

Makedoniya yığma komandasının yarımmüdafiəçisi Slavko Georgievskinin transferindən sonra flaqman daha bir futbolçunun keçidini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Braziliyanın "Qremio" Prudente komandasının formasını geyən müdafiəçi Denis Silva bundan sonra "ağ-qara"lı futbolkada meydana çıxacaq.
 
Klubun inzibati binasında  müqavilə imzalanan futbolçuya "Neftçi" PFK-nın prezidenti Sadıx Sadıxov 3 nömrəli formanı təqdim edib. Klub prezidenti braziliyalı futbolçunun transferinə münasibətini bildirib: "Neftçi"nin yeni mövsümdə iddialı klub olması üçün var gücümüzlə çalışırıq. Yeni mövsümdə Azərbaycanın ən köklü komandası olan "Neftçi"nin Premyer Liqada yalnız bir hədəfi var-çempionluq. Denis Silvanın bu hədəfə çatmaq üçün bizə faydalı olacağına inanırıq".
 
Denis Silva "Neftçi"yə transfer olunmasıyla bağlı klub sairına bu fikirləri səsləndirib: "Son mövsümü Braziliya çempionatında iştirak etmişəm.Vətənimi Azərbaycanın ən öndə gələn klubu olan "Neftçi" üçün tərk etdim. Mən meydana çıxdığım bütün görüşlərdə var gücümlə mübarizə aparıram. "Neftçi" kimi iddialı kluba transfer olunduğum üçün çox sevinirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.