16 iyun 2010 22:58
XL Şaxtyordan iki top buraxdı (YENİLƏNDİ)
Almaniyada təlim-məşq keçən «Хəzər-Lənkəran» ilk yoldaşlıq oyununu keçirdi. Azerisport.az xəbər verir ki, XL Ukrayna çempionu «Şaxtyor»la qarşılaşıb, 0:2 hesabı ilə uduzdu. Qolları Stepanenko (20 dəq.) və Kosta (90 dəq.) vurdular.
Bizim klub meydana bu heyətlə çıxıb: Ağayev, Poladov, Hüseynov, İmedaşvili, Sufi, Məmmədov, Qurbanov, Cəlilov, Devran, Leandro, Sindiç. İkinci hissədə XL-in heyətində meydana Souza, Todorov, Heyqan, Lalin və Ulduzlu çıxdılar. Hakim İmedaşvili və Qurbanova xəbərdarliq etdi.
