16 iyun 2010 10:27
Mahmud Qurbanov – tamammı, davammı?
Azərbaycanın müasir tarixinin ən məşhur futbolçularından olan Mahmud Qurbanov oyunçu karyerasını bitirə bilər. Bunu azerisport.az saytına müsahibəsində 37 yaşlı yarımmüdafiəçinin özü deyib.
«Hələ özüm də bilmirəm ki, məni nə gözləyir, - Mahmud belə söyləyib. – Qüvvəm tükənməyib, futbol oynamağı davam etdirə bilərəm. Ötən mövsümdə ehtiyat oyunçular skamyasında çox oturmuşam və bu, mənim özümə də xoş gəlmir. İş burasındadır ki,hər şey məndən asılı deyil».
«Bakı» klubunun futbolçusu bildirib ki, yeni baş məşqçi Vinfrid Şeferin qərarı həlledici olacaq. Əgər alman mütəxəssis onu komandada görmək istəsə, Mahmud daha bir il top qovacaq.
