16 iyun 2010 11:02
Ronaldo reklam xatirinə soyunub (FOTO)
Armani cins geyimləri və alt paltarları kolleksiyasının reklamı üçün Kriştiano Ronaldonun çəkildiyi fotosessiyanın yeni şəkilləri işıq üzü görüb.
Nyu-York, Los-Angeles, London, Milan, Roma, Paris və Tokio şəhərlərində yerləşdiriləcək bilbordlarda Portuqaliya milli futbol komandasının kapitanı həmin şəhərlərin sakinlərinə yeni modelləri nümayiş etdirəcək. İlk bilbord isə iyunun 17-də Madriddə quraşdırılacaq.
Sentyabr ayında Ronaldonun iştirakı ilə reklam videoçarxı ekranlarda görünəcək.
Xatırladaq ki, bu sahədə birincilik digər məşhur futbolçu Devid Bekhemə aiddir. İngilis futbolçu da vaxtilə elə həmin Armani şirkətinin reklamlarında yarıçılpaq çəkilmişdi.
