18 iyun 2010 19:15
Toqo yığmasının vitse-kapitanı Bakıda (FOTO)
Avroliqa yarışlarında uğurlu çıxış etməyi qarşısına məqsəd qoymuş “Bakı” futbol klubu heyətini gücləndirməkdir. Azerisport.az xəbər verir ki, baş məşqçi Vinfrid Şeferin dəvəti ilə Toqo yığma komandasının vitse-kapitanı Dare Nibombe “Bakı” klubu ilə bir illik müqavilə imzalayıb.
Klub saitının məlumatına görə, 2006-cı il dünya çempionatında bu ölkənin şərəfini qorumuş Nibombe, yığma heyətində keçirdiyi 52 oyunda 2 qol vurub. Dünən 30 yaşını qeyd etmiş Dare Nibombe mərkəz müdafiəçisidir və 1 metr 96 santimetr boyu ilə seçilir.
