18 iyun 2010 19:25
Azərbaycan futbolunda daha bir braziliyalı məşqçi
“Bakı” futbol klubunun baş məşqçisi Vinfrid Şaferin köməkçisinin adı məlum olub. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin yardımçısı Mano Polkinq təyin olunub.
Klub saitının məlumatına görə, əslən braziliyalı olan Polkinq 1976-cı ildə anadan olub. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Mano vətənində “İnternatsional”ın şərəfini qoruyub. Daha sonra 7 il Almaniya çıxış edən “Bakı” klubunun yeni məşqçisi bundesliqada bir neçə, o cümlədən də “Arminiya” klubunun şərəfini qoruyub. Daha sonra Cənubi Kiprə yollanan Polkinq orada “Olimpiakos” və “Apoel”in heyətində çıxış edib.
Futbolçu karyerasını başa vurduqdan sonra Polkinq 2008-ci ildə “Əl-Ayn”da, Şaferin yanında məşqçiliyə başlayıb. Bu gündən etibarən Mano Polkinq “Bakı” klubunun məşqçisi kimi çalışacaq.
