19 iyun 2010 15:47
«İnter»in rəqibi artıq məlumdur
Bolqarıstanda təlim-məşq prosesini davam etdirən son ölkə çempionu "İnter"in növbəti yoxlama oyununun vaxtı məlum olub. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, iyunun 21-də keçiriləcək qarşılaşmada "İnter"in rəqibi yerli "KİM Minyol" klubu olacaq.
Xatırladaq ki, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri ilk yoxlama oyununda Bolqarıstanın "Pravets" klubunu 6:1 hesabı ilə məğlub ediblər.
