19 iyun 2010 16:01
Məşhur şirkətdən Rusiyanın namizədliyinə misli görünməmiş dəstək
«Coca-Cola» şirkəti 2018-ci ilin futbol üzrə dünya çempionatı Rusiyada keçiriləcəyi təqdirdə bu yarışa 4 milyard dollardan artıq investisiya yatıra biləcəyini bildirib.
azerisport.az xəbər verir ki. bunu bu gün şirkətin Ukrayna və Belarusdakı bölməsinin prezidenti Klayd Taqql deyib. Onun sözlərinə görə, sözügedən şirkət üçün bu cür yarışlar fövqəladə imkan deməkdir.
