19 iyun 2010 20:03

«Neftçi»: yeni mövsümdə qazanacağımız nəticələrlə…

Son günlər ölkəmizin bəzi idman mətbuatında Azərbaycan futbolunun flaqmanı "Neftçi"nin yeni transferləri haqqında qərəzli yazılar dərc olunmaqdadır. Azerisportşaz xəbər verir ki, "Neftçi" PFK bəyanat yayıb: "Flaqman rəhbərliyi yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında və ölkə kubokunda yalnız qələbə qazanmağı qarşısına məqsəd qoyub. Bunun üçün klubda lazımlı islahatlar aparılıb. Yeni mövsümdən etibarən yığma komandamızın üzvləri ilə yanaşı komandamızda gənc və perspektivli futbolçulara heyətdə yer verilib. Həmçinin klub rəhbərliyi əcnəbi futbolçuların transferi məsələsinə də çox ciddi yanaşaraq almaq istədiyi oyunçuları yaxından izləmək məqsədilə seleksiya işlərinə start verdi.
 
Bu məqsədlə baş məşqçi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Avstriyaya ezam olundular Komandamız ilk olaraq Makedoniya yığmasının əsas simalarından biri olan yarımmüdafiəçi Slavko Georgievskini transfer etdi. Uzun illər ölkə xaricində top qovan futbolçu Makedoniya yığmasının ən aparıcı üzvlərindən biridir. Premyer Liqa davam edərkən klubun vitse-prezidenti Tahir Süleymanov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayev Braziliyaya yollanaraq futbolçuları izləyirdilər.
 
Flaqmanın həyata keçirdiyi ikinci transferdə böyük səs-küyə səbəb oldu, belə ki, Braziliya A seriyasının komandalarından olan "Qremio Prudente"nin müdafiəçisi Denis Silva bir çox təkliflərə baxmayaraq məhz "ağ-qaralı" formanı geyməyə razılıq verdi. Öz açıqlamalarında "Neftçi"nin böyük klub olmasını qeyd edən braziliyalı futbolçu bu amilin keçidində böyük rol oynadığını vurğuladı.Lakin bəzi mətbuat orqanları bütün görülən işlərə gölgə salmaq istəyi ilə qərəzli yazılar dərc edirlər. Belə yazıları yazanlar ən azından özlərinə hörmət etməlidirlər. Flaqmanın böyük adından istifadə edərək özünü reklam etmək peşəkarlıq deyil. Flaqman hər zaman kütləvi informasiya vasitələri ilə yüksək səviyyəli əlaqələr qurub və bu ənənəni davam etdirəcək. "Neftçi" PFK rəhbərliyi olaraq bildirmək istəyirik ki, yeni mövsümdə qazanacağımız nəticələrlə doğru yolda olduğumuzu sübut edəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.