21 iyun 2010 19:29
Vinfird Şefer: Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanacağıq
”Bakı” futbol klubunun baş məşqçisi Vinfird Şefer Avroliqanın ikinci mərhələsinin püşkatmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamıza rəqib olan Çernoqoriyanın “Buduçnost” klubunun heç də zəif rəqib olmadığını söyləyib.
“İlk növbədə onu deyim ki, Avroliqada zəif rəqib olmur. Demək olar ki, heç bir rəqibi asanlıqla məğlub etmək mümkün deyil. Biz yarışda uğurla çıxış etmək istəyirik. Məqsədimiz irəli getməkdir. İnanıram ki, növbəti mərhələyə vəsiqə qazanacağıq. Bunun üçün yaxşı hazırlıq keçməli, eyni zamanda yüksək səviyyəli oyunçular transfer etməliyik. Vaxtımız azdır. Lakin əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə yüksələk”, - Şefer klub saitına söyləyib.
