21 iyun 2010 22:15
Oxucularımız püşkatmanı maraqla gözləyirdilər
Saytımızda başa çatan sorğunun nəticələrinə görə, oxucularımızın 59%-i futbol üzrə Avropa kuboklarının təsnifat mərhələsinin püşkatmasını səbirsizliklə gözləyirdilər. Elə püşkatmanın onlayn translyasiyası da bunu sübuta yetirdi.
Daha 15% respondent püşkün nəticələrinin maraqlı olduğunu, lakin davam edən dünya çempionatının fonunda bunun o qədər də aktual olmadığını deyib.
Oxucuların 12%-i bəri başdan klublarımıza ümid etmir və kimə uduzacağımızın elə də vacib olmadığını düşünür.
Rəyi soruşulanların 7%-i üçün Avropa kuboklarının püşkü maraq kəsb etmir, daha 7% isə ümumiyyətlə Avrokuboklardan xəbərsizdir.
