21 iyun 2010 17:40
Rəqiblər məlumdur (YENİLƏNDİ)
2010/2011-ci illər mövsümü üçün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələlərində komandalarımızın rəqibləri məlum olur.
(nəticələr onlayn rejimdə dərhal əlavə ediləcək)
Birinci təsnifat mərhələsi
«Qarabağ» (Ağdam) - «Metalurq Skopye» (Makedoniya)
«Xəzər Lənkəran» - «Olimpiya Beltsı» (Moldova)
Birinci oyunlar iyulun 1-də, ikinci oyunlar isə iyulun 8-də keçiriləcək. Oyunların siyahısında adları birinci çəkilən komandalar ilk oyunda rəqiblərini öz meydançalarında qəbul edəcəklər.
İkinci təsnifat mərhələsi
«Bakı» - «Buduçnost Podqoritsa» (Çernoqoriya)
«Qarabağ» (Ağdam) - «Metalurq Skopye» (Makedoniya) oyununun qalibi – «Portadaun» (Şimali İrlandiya) – «Skonto» (Latviya) oyununun qalibi
«Xəzər Lənkəran» - «Olimpiya Beltsı» (Moldova) oyununun qalibi - «Dinamo Buxarest» (Rumıniya)
«Beşiktaş» (Türkiyə) - «Vikinqur» (Farer adaları)
Birinci oyunlar iyulun 15-də, ikinci oyunlar isə iyulun 22-də keçiriləcək. Oyunların siyahısında adları birinci çəkilən komandalar ilk oyunda rəqiblərini öz meydançalarında qəbul edəcəklər.
Avropa Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkünün tam nəticələri tezliklə saytımızda yerləşdiriləcək.
