21 iyun 2010 12:21
Saşa Yunisoğlu Nalçikdə oynayacaq?
Azərbaycanın futbol üzrə milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Rusiyanın Premyer-liqasında çıxış edən «Spartak» (Nalçik) klubuna transfer oluna bilər.
azerisport.az xəbər verir ki, tərəflər tezliklə danışıqlar masası arxasına otura bilərlər.
Xatırladaq ki, Yunisoğlu bu yaxınlarda Qroznının «Terek» klubuna keçməyə yaxın idi, lakin son anda transfer baş tutmamışdı.
