22 iyun 2010 13:00
«Söhbət Polşa çempionundan gedir və əlavə şərhə ehtiyac yoxdur»
Azərbaycanın «İnter» futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze komandamızın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üzrə rəqibi olan Polşanın «Lex» klubu barədə fikirləri ilə bölüşüb.
«İnter»in rəsmi saytına istinadla azerisport.az xəbər verir ki, baş məşqçi rəqib barədə bunları deyib: «Hesab etmirəm ki, Çempionlar Liqasında zəif rəqib ola bilər. «Lex» haqqında nə demək olar? Bu, Polşa çempionudur və məncə, əlavə şərhə ehtiyac yoxdur. Sizi əmin edirəm ki, azarkeşləri gərgin və maraqlı oyunlar gözləyir».
