22 iyun 2010 13:55
Rəqiblərimiz Fransa, Çexiya və Qazaxıstandır
Çimərlik futbolu üzrə 2011-ci ilin dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.
azerisport.az xəbər verir ki, Azərbaycan komandası F qrupunda Fransa, Çexiya və Qazaxıstan komandaları ilə üz-üzə gələcək.
Püşkün tam naticələri:
A qrupu: İtaliya, Almaniya, Türkiyə
B qrupu: İspaniya, Yunanıstan, Hollandiya, Bolqarıstan
C qrupu: Rusiya, Rumıniya, Andorra, Slovakiya
D qrupu: Portuqaliya, İngiltərə, Estoniya, İsrail
E qrupu: İsveçrə, Macarıstan, Ukrayna, Belarus
F qrupu: Fransa. Çexiya, Azərbaycan, Qazaxıstan
G qrupu: Polşa, Norveç, Avstriya, Moldova
Seçmə mərhələnin matçları iyulun 11-dən 18-ə kimi İtaliyanın Bibion şəhərində keçiriləcək. Oyunların təqvimi bir müddət sonra müəyyənləşdirilməlidir.
Dünya çempionatının final mərhələsinə cəmi 5 Avropa komandası vəsiqə qazanacaq.
