22 iyun 2010 14:29
Qapıçı Rauf Mehdiyev «Neftçi»də
"Neftçi" PFK mövsümlərarası fasilədə daha bir transfer həyata keçirib.
azerisport.az klubun rəsmi saytına istinadla bildirir ki, flaqman təcrübəli qapıçı Rauf Mehdiyevi heyətə cəlb edib. Futbolçunun məxsus olduğu "Muğan" rəhbərliyi ilə aparılan danışıqlar uğurla nəticələnib və yekunda Mehdiyevlə rəsmi müqavilə imzalanıb.
Bu arada milli komandamızın üzvü, hazırda klubsuz olan Zeynal Zeynalov öz xahişi əsasında "Neftçi"nin məşqlərinə qatılıb. Fiziki formasını qorumaq istəyən yarımmüdafiəçiyə "ağ-qaralılar"ın heyətində məşq keçməyə şərait yaradılıb. Onun klubda qalıb-qalmayacağı barədə son qərarı baş məşqçi Arif Əsədov verəcək.
