22 iyun 2010 14:45
Şüvəlanlılar Türkiyəyə yollanacaqlar
Gələn ay Türkiyədə təlim-məşq toplanışı keçirəcək "Olimpik-Şüvəlan" hazırlığı Qızılcahamamda keçəcək. Klub təlim-məşq toplanışı dövründə "Patalya"mehmanxanasında qalacaq.
azerisport.az PFL-in rəsmi saytına istinadla bildirir ki, iyulun 15-dən 29-dək bu mehmanxada məskunlaşacaq Nazim Süleymanovun yetirmələri 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
