22 iyun 2010 14:48
«Muğan» hazırlıqlara start verir
Salyanın "Muğan" futbol klubu yeni mövsüm hazırlıqlarına iyulun əvvəlində start verəcək. İstirahət müddətində öz vətənində olan baş məşqçi Almir Hurtiç və leqioner futbolçuların bu ərəfədə Azərbaycana gələcəyi gözlənilir.
Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, iyunda müqavilə müddəti bitmiş Narsis Yameoqo və transferə çıxarılmış Edis Kurtanoviç istisna olmaqla komandanın tam heyətlə Bakıda toplaşacaq. "Muğan" klubu hazırlıqların ilkin mərhələsini Azərbaycanda keçirməyi, iyulun ortalarında isə 10 günlük təlim-məşq toplanışı üçün Türkiyəyə səfər etməyi planlaşdırır. Eyni zamanda toplanış müddətində bir neçə yoxlama oyunu keçirməyi nəzərdə tutan "Muğan" iyulun sonlarında Bakıya qayıdacaq.
