22 iyun 2010 17:04
«Fenerbahçe»nin çempionluğuna mane olan əsas səbəb aşkara çıxıb (fotoreportaj)
Bu günlərdə Türkiyənin «Fenerbahçe» futbol klubunda nə transfer yenilikləri, nə də yeni baş məşqçi məsələləri diqqət mərkəzindədir. Hamı «sevgi üçbucağı» ilə bağlı dedi-qodularla məşğuldur.
Beləliklə, futbolçu Önderi xəstəxanalıq edən hadisənin təfərrüatı məlum olub. O, nişanlısını komandanın ehtiyat qapıçısı Volkana qısqanıb və qapının şüşəsinə vuraraq əlini yaralayıb.
«Fenerbahçe»li məşhur futbolçu Önderin ayrıldığı nişanlısı Kübra Aslan isə hadisə ilə bağlı bunları deyib: «Kimsə nişanlıma mənim Volkanla görüşdüyümü deyib. Həmin gün Önder sərxoş vəziyyətdə evə gələrək mənə yumruq vurmaq istədi. Mən əyildim və onun əli qapının şüşəsinə dəydi, ətraf qana büründü».
Altı ay bundan əvvəl şüşə masanın əlini kəsməsi bəhanəsi ilə xəstəxanaya yerləşdirilən Önder Turacının nişanlısı Kübra Aslan Zeytinlidə keçirilmiş gözəllik yarışmasında ikinci yeri tutmuşdu.
Önderin əlinin kəsilməsi və bundan sonra onun nişanlısından ayrılması ilə nəticələnən hadisədən sonra Kübra Aslan prokurorluğa ərizə ilə müraciət edib və ərizəsində qeyd edib ki, Volkan Babacan onun nişanlısı Öndere Kübra ilə əlaqəsinin olduğunu söyləyib, öz iftiraları ilə nişanı pozub.
Önder Turacı isə yaşananlarla bağlı bunları deyib: «Kübra ilə mənə sadiq olmadığı üçün ayrılmışıq. Əlimdə Kübranın Volkanla kinoteatrdan əl-ələ çıxdıqları yerdə çəkilmiş fotoşəkil də var».
Komandaya yaxın adamların iddiasına görə, bütün bu baş verənlər «Fenerbahçe»nin daxilində oyunçular arasında soyuqluq yaradıb və komandanın çempion ola bilməməsinin səbəblərindən biri də məhz həmin soyuqluqdur.
