22 iyun 2010 11:12
«İnter»in daha bir qələbəsi
Bolqarıstanda yeni mövsüm hazırlıqlarnı davam etdirən Bakının "İnter" klubu təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.
azerisport.az PFL-in rəsmi saytına istinadla bildirir ki, Bolqarıstanın "KİM Minyol" klubu ilə qarşılaşan Unibank Premyer Liqasının qalibi rəqibini 3:1 hesabı ilə məğlub edib. "İnter"in heyətində Danildo Assioli, David Odikadze və Baçana Sxadadze fərqləniblər.
Xatırladaq ki, "İnter" ilk yoxlama oyununda Bolqarıstanın "Pravets" klubunu 6:1 hesabı ilə məğlub etmişdi.
