22 iyun 2010 11:18
«Neftçi» artıq yeni mövsümə hazırlaşır (fotoreportaj)
Dünən "Neftçi" komandası 2010/11 mövsümünün hazırlıqlarına başlayıb.
Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, komandanın bazasında bir araya gələn futbolçular ilk məşqə çıxıblar. Öncə fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin flaqman üzvlərinə müxtəlif təmrinlər keçib. Daha sonra futbolçular baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev və Elmir Xankişiyevin rəhbərliyi altında toplu çalışmalar ediblər. Məşqə yeni transfer, Makedoniya yığmasının yarımmüdafiəçisi Slavko Georgievski də qatılıb. "Neftçi"nin digər yeni futbolçusu, braziliyalı Denis Silva isə əşyalarını toplamaq üçün vətənində olduğundan, hazırlıqda iştirak etməyib.
