22 iyun 2010 11:30
Kamerunlu olimpiya çempionu «Bakı»ya keçə bilər (FOTO)
Azərbaycanın «Bakı» futbol klubu Almaniyanın «Bohum» komandasının kamerunlu yarımmüdafiəçisi Joel Epalleni öz sıralarına qata bilər.
azerisport.az alman kütləvi informasiya vasitələrinə istinadla bildirir ki, Kamerun milli komandasının keçmiş baş məşqçisi, hazırda «Bakı»nı çalışdıran Vinfrid Şefer keçmiş futbolçusunu Bakıya dəvət edib.
Qeyd edək ki, Epalle Kamerun yığmasının heyətində Sidney Olimpiadasının qalibi olub, eyni zamanda 2002-ci ilin futbol üzrə dünya çempionatında iştirak edib. Kamerun millisinin tərkibində keçirdiyi 38 matçda 5 qol vurub. Joel Epalle «Bohum»dan əvvəl Yunanıstanın «Etnikos» və «Panatinaikos» klublarının formasını geyib.
