22 iyun 2010 12:10
Lənkəranlılar ilk oyunlarını rəqib meydançasında keçirəcəklər
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın «Xəzər Lənkəran» və Moldovanın «Olimpiya Beltsı» komandaları arasında iyulun 1-də Lənkəranda oynanılmalı olan ilk görüş Moldovada keçirilməlidir.
Klubun rəsmi internet saytına istinadla azerisport.az bildirir ki, bu qərarı UEFA verib. Deməli, bu cütlüyün cavab görüşü iyulun 8-də Lənkəranda olacaq.
