22 iyun 2010 12:20
«Xəzər Lənkəran»ın rəqibi üçüncü təsnifat mərhələsinə qədər irəliləmək fikrindədir
Moldovanın «Olimpiya Beltsı» futbol klubunun vitse-prezidenti Sergey Kiselyov Avropa Liqasının püşkünün nəticələri barədə fikirləri ilə bölüşüb.
azerisport.az Moldova mətbuatına istinadla xəbər verir ki, Kiselyov püşkün nəticəsini özləri üçün məqbul sayır. O, Lənkəran komandasını güclü hesab edir, lakin qarşıdurmada yalnız qələbə üçün oynayacaqlarını deyir. İki yoxlama görüşü keçirdikdən sonra Moldova klubu bilavasitə «Xəzər Lənkəran»la görüşə hazırlaşacaq. «Olimpiya»nın qarşısında duran vəzifə Avropa Liqasının üçüncü təsnifat mərhələsinə qədər irəliləməkdir.Əldə etdiyimiz məlumata görə, sabah Beltsı şəhərinin komandası Moldovanın güclü klublarından sayılan «Daçiya» ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, «Xəzər Lənkəran» - «Olimpiya Beltsı» cütünün qalibi ikinci təsnifat mərhələsində Rumıniyanın «Dinamo» (Buxarest) klubu ilə üz-üzə gəlməlidir.
