22 iyun 2010 12:30
«Lex» Azərbaycana səfər etmək istəmirmiş
Polşanın Poznan şəhərinin «Lex» futbol klubu Azərbaycan çempionu – Bakının «İnter» komandasının Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üzrə rəqibidir.
azerisport.az Polşa mətbuatına istinadla bildirir ki, «Lex»in vitse-prezidenti Arkadiuş Kasprşak Qafqaza getməyi sərfəli hesab etmir. Polşalılar püşkün onlara Estoniyanın «Levadiya» klubunu qismət etməsini arzu edirlərmiş. Səbəb isə odur ki, ötən il estonlar Polşanın «Visla» klubunu məğlub edə biliblər və «Lex» həmvətənlərinin qisasını almağı planlaşdırıbmış.
Amma püşk artıq atılıb və ümid edək ki, biz də estonlardan geri qalmayacağıq və gələn il Polşa çempionu azərbaycanlılardan qisas almaq barədə düşünəcək.
