22 iyun 2010 12:47
Çernoqoriyalılar «Bakı»nı keçmək istəyirlər
Çernoqoriyanın Podqoritsa şəhərinin «Buduçnost» futbol klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi üzrə Azərbaycan Kubokunun sahibi «Bakı» komandasının rəqibidir.
«Buduçnost»un baş məşqçisi Nikola Rakoyeviç «Bakı»nı özləri üçün rahat rəqib hesab edir və inanır ki, komandası üçüncü mərhələyə adlaya biləcək.
Arayış: «Buduçnost» klubu 1925-ci ildə yaranıb. 2007/2008-ci illər mövsümünün Çernoqoriya çempionudur.
