22 iyun 2010 12:53
Şimali İrlandiya mətbuatı «Qarabağ»la «Qəbələ»ni dəyişik salıb
Şimali İrlandiyada dərc olunan «Belfast Telegraph» qəzetində futbol üzrə Avropa Liqasının təsnifat mərhələsində «Skonto» (Latviya) ilə qarşılaşmalı olan yerli «Qlentoran» komandası barədə yazı dərc olunub. Qeyd olunub ki, bu cütün qalibi Azərbaycanın «Qarabağ» klubu ilə Makedoniyanın «Metalurq»u arasında keçirilən matçların qalibi ilə görüşəcək.
azerisport.az xəbər verir ki, Azərbaycan klubu barədə yazan qəzet səhvən «Qarabağ»ın baş məşqçisinin Toni Adams olduğunu bildirib. Əslində isə Adams «Qəbələ»nin baş məşqçisidir.
