23 iyun 2010 13:32
Argentinalı «Playboy» ulduzunun futbol fantaziyaları (FOTO)
2001-ci ilin Argentina gözəli, «Playboy» jurnalının modeli Andrea Esteves ehtiraslı futbol azarkeşi olduğunu nümayiş etdirmək fikrinə düşüb. Hələ də qəlbini heç kimə təslim etməmiş argentinalı qız özünün futbola birbaşa dəxli olan erotik fantaziyalarından bəhs edib.
azerisport.az xəbər verir ki, Esteves deyib: «Mən çox açıq-saçıq insanam, seks barədə hər hansı kompleks yaşamadan danışa bilərəm. Etiraf edim ki, həyatım boyunca hər şeyi sınaqdan keçirməyə macal tapmışam».
İndi isə bu gözəlçə yeni üfüqləri ram etmək əzmindədir. «Mənim ən böyük fantaziyam eyni vaxtda iki futbolçu ilə elə futbol meydançasında məhəbbət yaşamaqdır. Bunu lap çoxdan arzu edirəm», - Andrea jurnalistlərə belə deyib.
Çox mümkündür ki, Argentina yığmasının dünya çempionatındakı qələbəsindən sonra Esteves bu fantaziyasını millinin futbolçuları ilə həyata keçirsin.Futbolçuların ona biganə olmadıqlarını nəzərə alsaq, bunu istiana etmək olmaz.
